Modern.az

“Azərbaycanda uşaqlara qarşı amansızlıq edənlərə ömürlük həbs cəzası verilsin!” - TƏKLİF

“Azərbaycanda uşaqlara qarşı amansızlıq edənlərə ömürlük həbs cəzası verilsin!” - TƏKLİF

25 Yanvar 2017, 13:16

“Uşaqlara qarşı amansız zorakılıq törədənlərin ömürlük həbs cəzası ilə cəzalandırılmasının tərəfdarıyam".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsi barədə danışarkən deyib.

A.Naxçıvanlı bildirib ki, bu məsələdə başqa alternativ çıxış yolu olmamalıdır:

"Yəqin ki, uşaqlara qarşı amansız zorakılığın qarşısını almaq üçün müəyyən təkliflər hazırlayıb Milli Məclisdə qaldıra bilərik".

Komitənin digər üzvü Astan Şahverdiyev də öz növbəsində Azərbaycanda yetkinlik yaşına çatmayanların terror qruplarına qoşulmağa, narkotik maddələrə və “uşaqbazlığ”a təhrik edənlərə qarşı cəzaların sərtləşdirilməsini istəyib. O, belə şəxslərə qarşı ömürlük həbz cəzası verilməsini məqbul hesab edib.


Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı