Modern.az

“Cocuq Mərcanlıya qayıtmaq istəyənlər “Dövlətqaçqınkom”a müraciət etsinlər” - AÇIQLAMA

“Cocuq Mərcanlıya qayıtmaq istəyənlər “Dövlətqaçqınkom”a müraciət etsinlər” - AÇIQLAMA

25 Yanvar 2017, 14:13

Milli Məclisin cəbrayıldan olan deputatı Astan Şahverdiyev Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamını yüksək qiymətləndirib.


Deputat Modern.az-a açıqlamasında Cocuq Mərcanlıda doğulduğunu xatırladaraq bunları deyib:

“İlkin olaraq bütün məcburi köçkünlər, o cümlədən cəbrayıllılar adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi məcburi köçkünlərin geri qayıtması məsələlərinə “Dövlətqaçqınkom” nəzarət edir. Ona görə də Cocuq Mərcanlıya qayıtmaq istəyən məcburi köçkünlərin müraciəti məhz Komitəyə yönəlib.
Komitə sədri Əli Həsənovun da söylədiyi kimi işğaldan öncə həmin kənddə 400 ailə olub. Bildiyiniz kimi yeganə ailə 23 ildir ki, kəndi tərk etməyərək orada yaşayır”.

Deputat Cocuq Mərcanlının yeganə sakininin qorxmazlığından da danışıb:

“Ailə başçısı Oqtay Nəbiyev qorxmaz, cəsur bir insandır. Qeyd edim ki, aprel döyüşlərindən sonra vətəndaşlarımızın yenidən Cocuq Mərcanlıda məskunlaşması üçün əlverişli şərait yaranıb. İlkin olaraq 50 ailə üçün evlər, məktəb tikiləcək. Kənd camaatı da böyük ruh yüksəkliyilə vətənə dönəcək”.

 

 

Gülşən  RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı