Modern.az

İranlı hakerlər cebhe.info saytını dağıtdı

İranlı hakerlər cebhe.info saytını dağıtdı

25 Yanvar 2017, 14:25

İranlı hakerlər tərəfindən Cebhe.info xəbər portalına hücum təşkil edilib.

 

Modern.az-ın məlumatına görə, yanvarın ayının 25-də, gecə saatlarında baş verən kiber hücum nəticəsində saytın fəaliyyətində problemlər yaranıb.

 

Saytın ana səhifəsində hücumun Peyman Siyahi adlı iranlı haker tərəfindən edildiyinə dair bildiriş yayılıb. Ələ keçirilmiş saytda hakerlər “İranlı hakerlər burada idilər” qeydini yazıblar.

 

Saytda həmçinin kiber hücumda iştirak etmiş digər şəxslərin e-mail ünvanları və adları (M@rAz Ali / MoHaMaD Vaker / Saman Aghdami / shayan 72 / karaji / alihack051 / satan666 /… [email protected]) qeyd edilib.

 

Sayt rəhbərliyi bildirir ki,  kiberhücumun səbəbi saytda davamlı olaraq İranla bağlı dərc edilən analitik yazılar ola bilər.

 

Hadisə ilə əlaqədar sayt rəhbərliyi Mətbuat Şurasını məlumatlandırıb, eləcə də kibercinayətkarlıq faktının araşdırılması üçün hüquq- mühafizə orqanlarına müraciət hazırlanır.

 

Hazırda saytın fəaliyyəti bərpa edilib.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir