Modern.az

AFFA-nın I vitse-prezidenti: “O məşqçilər də pul almalıdır”

AFFA-nın I vitse-prezidenti: “O məşqçilər də pul almalıdır”

25 Yanvar 2017, 15:19

Azərbaycanda “İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.

Modern.az xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev uşaqlarla məşğul olan məşqçilərin məsələsini qaldırıb.

“Futbol sahəsində, tutaq ki,  10-11 yaşlarında uşaqlarla hansısa məşqçi məşğul olur. 15 yaşında olanda isə digər məşqçinin yanında məşq edir. 17-18 yaşlarında da hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər pulunu alır. Amma birinci məşqçi pul almır. O da pul almalıdır. Bununla bağlı “İdman haqqında” qanuna dəyişiklik edilməlidir”.

Komitə sədri Fuad Muradov da bu məsələyə diqqət göstəriləcəyini qeyd edib.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir