Modern.az

Maşallah Əhmədov hakimin təklifi ilə RAZILAŞMADI

Maşallah Əhmədov hakimin təklifi ilə RAZILAŞMADI

25 Yanvar 2017, 15:32

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Modern.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyilə keçirilən  prosesdə M.Əhmədov yenə son söz deməkdən imtina edib. O zərərçəkmişin onun etdiyi təkliflə razılaşmadığını bildirib.

Sabiq futbolçu zərərçəkmişə 150 min manatlıq ziyanın 45 min manatını qaytarmağı təklif edərək, qalan ziyanı da ödəmək üçün məhkəmədən bir həftə vaxt istəyib.

 

Hakim M.Əhmədova təklif edib ki, 45 min manatı indi, qalan məbləği də bir həftəyə qaytarsın. M.Əhmədov isə həmin pulu verməkdən imtina edib.

 

M.Əhmədovun oğlu Tərlan Əhmədov isə bildirib ki, onların həmin məbləği bir həftəyə qaytarmağa imkanları yoxdu.

 

Yanvarın 30-na təyinedilən növbəti prosesdə M.Əhmədova hökm oxunacağı gözlənilir.

 

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir