Modern.az

Cocuq Mərcanlının minadan təmizlənməsinə itlər və texnika da cəlb olunub - FOTOLAR

Cocuq Mərcanlının minadan təmizlənməsinə itlər və texnika da cəlb olunub - FOTOLAR

27 Yanvar 2017, 12:06

Cəbrayılın Cocuq Mərcanlı kəndində yaşamaq üçün kəndə üz tutan insanların sayı çoxalır. Prezident İlham Əliyevin həmin ərazinin yenidən bərpa olunması barədə imzaladığı sərəncamdan sonra kənddə təmizlik işlərinə start verilib.

Kəndin hazırda yeganı sakini olan Oqtay Həziyev Modern.az-a açıqlamasında ANAMA əməkdaşlarının ərazinin minalaradan təmizləmə işləri apardığını deyib.  


“Hal-hazırda  Cocuq Mərcanlı kəndində minalardan, partlamamış hərbi sursatlardan təmizləmə işləri aparılır. Ərazinin bir hissəsi təmizlənib. Yeni evlərin bərpası  üçün ayrılan ərazi ki var, bu dəqiqə də orada işlər davam etdirilir. ANAMA əməkdaşları ərazidə təmizlik işləri aparır”


Oqtay Həziyevin sözlərinə görə, kəndə müxtəlif yerlərdən insanlar gəlir.

“Prezidentin sərəncamından sonra Cocuq Mərcanlıya axın edən insanların sayı çoxdur. Hələlik, iş gedən əraziyə giriş etməyə icazə yoxdur. Salınacaq evlər üçün ayrılan  ərazidə təmizlənmə işlərinin aparılmasından sonra insanları oralara da buraxacaqlar.
Rayonun icra başçısı Kamal Həsənov mütəmadi olaraq mənimlə əlaqə saxlayır. Gün ərzində 5 dəfə telefon edib  aparılan işlərlə maraqlanır. Təmizləmə işləri tam yekunlaşandan sonra evlərin tikintisinə başlanacaq”.
 

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı