Modern.az

REAL-dan Eynulla Fətullayevə CAVAB: “Sərsəmlikdir” – QALMAQAL

REAL-dan Eynulla Fətullayevə CAVAB: “Sərsəmlikdir” – QALMAQAL

27 Yanvar 2017, 12:23

Tanınmış jurnalist Eynulla Fətullayev “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yazıb.

O belə bir iddia irəli sürüb ki, REAL hərəkatının nümayəndələri - Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirlinin - İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşü nəticəsində bu təşkilatın rəsmi Tehranın siyasətinə qulluq edəcəyi ilə bağlı anlaşma əldə olunub.   

“Görüşdə əldə olunmuş konkret razılaşmaya görə REAL İran səfirliyi ilə müxalif “milli-demokratlar” arasında vasitəçilik öhdəliyini üzərinə götürüb, səfirlik isə öz növbəsində REAL-a vəd edib ki, onların İran istebleşmentinin nüfuzlu dairələri, xüsusən siyasi və dini təşkilatları ilə münasibətlər yaratmasında körpü olacaq. REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib”-deyə o yazıb.

 

Məsələ ilə bağlı REAL hərakatının icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlama verib.

 

Natiq Cəfərli İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə yanvarın 19-da görüşdüklərini deyib.

 

“Bu barədə bizim rəsmi səhifəmizdə də məlumat verilib. Hər hansı bir sərsəmləməyə də cavab verməyə borcumuz yoxdur. Görüş İran tərəfindən təklif olunmuşdu. Biz Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklər və səfirliklərlə təklif olarsa, görüşə bilərik. Sabah hökumət də bizimlə görüşmək istəsə, məmnuniyyətlə görüşərik. Siyasi partiyaların, təşkilatların işi görüşlərin keçirilməsidir”.

 

O həmçinin Eynulla Fətullayevi sərsəmləməkdə ittiham edib. Və yazılanlara detallı cavab vermək istəmədiyini bildirib.

 

“Heç bunun mənasını da görmürəm. Çünki qarşı tərəf də bunu gözləyir. Biz ciddi təşkilatıq. Ona görə də qeyri ciddi fikirlərə, idealara cavab vermək fikrimiz yoxdur”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı