Modern.az

Bakıda sürücü piyadanı döydü

Bakıda sürücü piyadanı döydü

27 Yanvar 2017, 12:41

Bakıda sürücü xuliqanlıq zəminində paytaxt sakinini döyüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü xuliqanlıq zəminində paytaxt sakini Bayram Nəcəfovu döyüb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü