Modern.az

Əhliman Əmiraslanov seçiciləri qəbul edib

Əhliman Əmiraslanov seçiciləri qəbul edib

Aktual

27 Yanvar 2017, 15:54

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik  Əhliman  Əmiraslanov  bu  gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Qəbulda həm 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər, həm də Səhiyyə komitəsinə müraciət edən səhhətində problem olan insanlar iştirak etmişdir. Ə.Əmiraslanov qəbula gələn  vətəndaşları dinləyərək onları narahat edən məsələlər haqqında məlumat almışdır. Müraciət edən seçicilər əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı şikayətlərini deputata çatdırıblar. Qəbulda həmçinin müalicə,  müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı müraciətlər də olub.

 

Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi. Bununla yanaşı  bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan  sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması  üçün göstərişlər verilib.

 

Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı