Modern.az

İslam Kərimovdan "ərəb sunamisi"nə qarşı qabaqlayıcı tədbir

İslam Kərimovdan "ərəb sunamisi"nə qarşı qabaqlayıcı tədbir

Təhsil

28 Mart 2011, 15:47

Özbəkistan Respublikası parlament idarəetmə sisteminə keçir. Bu barədə irəli sürülən təklif ölkə Senatında qəbul edilib. Modern.az saytı xəbər verir ki, 100 senatordan 96-nın istirak etdiyi iclasda müzakirə mövzusu parlament sisteminə keçid üçün Konstitusiyaya dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsi olub. Millət vəkilləri təklifin siyasi və demokratik sistemə keçid  müddətində əhəmiyyətli bir fürsət olduğunu dilə gətiriblər. Səsvermədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Bundan əvvəl də dəyişikliyi parlamentin aşağı palatası təsdiqliyib. Səmərqənd senatoru Fərman Tasiyev qanunun qəbulu ilə demokratik dövlət qurmaq prosesinin başlandığını deyib.

Dəyişikliyə görə, bundan sonra parlament seçkilərində birinci olan partiya hökuməti formalaşdıracaq. İndiyə qədər isə Özbəkistanda baş naziri prezident təyin edirdi. Baş nazir seçkidə birinci olan partiyadan olacaq. Dəyişikliyə görə, parlamentə namizəd göstərilən baş nazir millət vəkillərinin 3-də iksinin səsini qazanmasa, seçilə bilməyəcək. Bu vəziyyətin iki dəfə təkrarlanması təqdirində isə prezidentə parlamenti buraxma səlahiyyəti verilir. Bundan əlavə prezident vəzifəsini yerinə yetirə bilməsə, səlahiyyətləri parlament sədrinə keçir.

Orta Asiya ölkələrindən Qırğızıstandan sonra parlament üsul-darəsinə keçən Özbəkistanda indi bu qanunun İslam Kərimov tərəfindən təsdiqlənərək həyata keçirilməsi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?