Modern.az

İlham Əliyev Dağıstandan gəlmiş nümayəndə heyətini qəbul edib

İlham Əliyev Dağıstandan gəlmiş nümayəndə heyətini qəbul edib

6 Noyabr 2009, 16:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib.
Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur. O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu vurğulayıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir