Modern.az

Hakim partiyanın prezidentliyə vahid namizədi müəyyənləşib

Hakim partiyanın prezidentliyə vahid namizədi müəyyənləşib

30 Yanvar 2017, 00:44

Fransada sosialistlərin prezidentliyə namizədlərinin kim olacağı dəqiqləşib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib. Seçkilərdə sabiq təhsil naziri Benua Amon qalib gəlib. Onun 58,65% səs topladığı bildirilir. B.Amonun  yeganə rəqibi, Fransanın sabiq baş naziri Manuel Valsı 41,35% səs toplayıb.

Beləliklə, Benua Amon 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi