Modern.az

İlisu kəndinin qış mənzərələri – FOTOLAR           

İlisu kəndinin qış mənzərələri – FOTOLAR           

30 Yanvar 2017, 10:14

Yanvarın 28-i gecə saatlarından başlayaraq yağan güclü qar Qaxın hər bir tərəfini ağ örpəyə bürüyüb. Rayonun dağlıq ərazilərinə, xüsusilə Sarıbaş, İlisu, Ağçay kəndlərinə daha çox qar yağıb.

 

Əsrarəngiz təbiəti, saf iqlimi, qədim tarixi-memarlıq abidələri, şəlaləsi, özünəməxsus mətbəxi ilə ilin bütün fəsillərində turistlərin diqqətini cəlb edən İlisu kəndində hazırda qarın qalınlığı 60-70 santimetr təşkil edir.

 

Qarlı-şaxtalı hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, kənddə həyat öz əvvəlki axarında davam edir. Rayonun aidiyyəti dövlət qurumları kənd sakinlərinin köməyi ilə güclü qarın törətdiyi fəsadları aradan qaldırmaq üçün lazımi tədbirlər görüb, avtomobil və kənddaxili yollar qardan təmizlənib, kəndə elektrik enerjisi və təbii qazın verilməsində fasilə yaranmayıb.

 

Modern.az AZƏRTAC-a istinadən  İlisu kəndinin qış mənzərələrini təqdim edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi