Modern.az saytının “CNN Turk” kanalına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Abdulla Gül bazar ertəsi Azərbaycanla strateji əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edib. İki ölkə arasında nəzərdə tutulan müvaqilə Türkiyə Böyük Millət Məclisində (TBMM) martın 10-da ratifikasiya olunub.
Qeyd edək ki, “Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” 2010-cu ilin avqust ayında Bakıda iki ölkə prezidentləri İlham Əliyev və Abdulla Gül tərəfindən imzalayıb. Azərbaycan parlamenti mövcud müqaviləni ötən ilin dekabr ayında ratifikasiya edib.
Xatırladaq ki, sənəd «Hərbi-siyasi və təhlükəsizlik məsələləri», «Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri», «İqtisadi əməkdaşlıq məsələləri», «Humanitar məsələlər» və «Ümumi və yekun müddəalar»dan ibarətdir.
Modern.az