Modern.az

Köçkünlər: “Prezident fərmanı israfçılığın qarşısını alacaq”

Köçkünlər: “Prezident fərmanı israfçılığın qarşısını alacaq”

Aktual

30 Yanvar 2017, 11:05

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.

Modern.az xəbər verir ki, görüşdə prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı müzakirə olunub.

Yemək xərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsini ədalətli addım adlandıran Alı Alıyev bildirib ki, bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək 36 manat vəsaiti özləri istədikləri formada istifadə edəcəklər.

Alı Alıyev bildirib ki, bununla da işıq, qaz və sudan istifadədə israfçılığa yol verilməyəcək, qənaət məsələsi yaranacaqdır.

Çıxış edənlər məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Fərmanını məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi dəyərləndiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır