Modern.az saytının verdiyi məlumata görə, ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiu may ayının 12-də Azərbaycana səfər edəcək. P.Eftimiunun mayın əvvələrinə Cənubi Qafqaza planlaşdırdığı səfər ilk öncə Ermənistandan başlayacaq. Mayın 9-da Ermənistana səfər etdikdən sonra P. Eftimiu Azərbaycanda olacaq.
ATƏT PA-nın prezidenti daha sonra mayın 14-də Gürcüstana yollanacaq. Qeyd edək ki, Petros Eftumiunun Azərbaycana səfər iki gün davam edəcək.