Modern.az

Meksika səfiri BANM-də

Meksika səfiri BANM-də

Aktual

30 Yanvar 2017, 12:05

Bakı Ali NeftMəktəbininrektoru (BANM) Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini və səfirliyin attaşesi Mario Fernandezlə görüşüb.

 

Görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs edib. Rektor BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumlar ilə əlaqələrindən söz açıb.

 

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Meksika Neft İnstitutu(Mexican İnstitute of Petroleum) ilə BANM arasında əməkdaşlığın qurulmasının mümkün perspektivlərini vurğulayıb.

 

Görüşdə, o cümlədən birgə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq və BANM-də “Meksika günü”nün təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!