Modern.az

Havalar yenə pisləşəcək - XƏBƏRDARLIQ

Havalar yenə pisləşəcək - XƏBƏRDARLIQ

30 Yanvar 2017, 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 31-dən fevralın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

            
Azərbaycanın rayonlarında fevralın 2-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir