Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyəyə gedəcəklər

Azərbaycanlı jurnalistlər Türkiyəyə gedəcəklər

29 Mart 2011, 11:48

Azərbaycanın mətbuat nümayəndələri martın 31-dən aprelin 1-dək Türkiyədə keçiriləcək “XX yerli mətbuat və təhsil beynəlxalq seminarı”nda iştirak edəcəklər. Türkiyənin Şanlıurfa şəhərində keçiriləcək tədbirə  Türkiyə Respublikası  Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin təşkilatçılıq edəcək.

Qeyd edək ki, nəzərdə tutulan seminarın əsas məqsədi Türkiyənin və digər ölkələrin mətbuat nümayəndələri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək, əlaqələri daha da genişləndirməkdir.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq və fotoşəkil sərgisi də təşkil ediləcəkdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir