Modern.az

Avropanın gənc siyasətçiləri İtaliyaya toplaşacaqlar

Avropanın gənc siyasətçiləri İtaliyaya toplaşacaqlar

6 Noyabr 2009, 17:08

Noyabrın 12-dən 15-ə kimi İtaliyanın Turin şəhərində gənc siyasətçilərin “Avropanın gənc siyasətçilərinin qloballaşan dünyada rolu” mövzusunda  görüşü keçiriləcək. Bu barədə Modern.az saytına millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov məlumat verib.

Onun sözlərinə görə, görüşdə təxminən 47 ölkədən nümayəndənin iştirak edəcəyi nəzərdə tutulub: “Tədbirin təşkilatçıları Avropa Gənclər Forumu, Avropa Birliyi və İtaliya Milli Şurasıdır. Görüşün keçirilməsində məqsəd Avropanın yeni çağırışlara necə hazır olması, gənc siyasətçilərin gələcək perspektivlərlə bağlı fikirlərinin müzakirəsi, eyni zamanda hər bir ölkədə gedən islahatlar haqqında məlumatların dinlənilməsidir.Biz də Azərbaycanda son zamanlar gedən həm siyasi, həm də iqtisadi baxımdan yeniliklər barədə məlumat verəcəyik. Həmçinin Dağlıq Qarabağın işğalı, qaçqın və məcburi köçkünlərin bu günkü vəziyyəti, təcavüz nəticəsində Azərbaycan gənclərinə vurulan mənfi təsirlə bağlı fikirlər səsləndiriləcək”.

Qeyd edək ki, tədbirdə Azərbaycanı millət vəkili Fuad Muradov təmsil edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi