Modern.az

“Azərbaycan ötən il 3,5 milyon dollarlıq şərab satıb”

“Azərbaycan ötən il 3,5 milyon dollarlıq şərab satıb”

Aktual

31 Yanvar 2017, 01:01

“Azərbaycan şərabları xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib". Modern.az saytı xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransında çıxış edən Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov bildirib.

Elçin Mədətovun sözlərinə görə, bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib: “Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes-forumlarda iştirak edib. Bununla da onlar məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib”.

Qeyd edək ki, şərabçıların istehsal və ixrac sahəsində işinin koordinasiyasını təmin etmək üçün 2016-cı ildə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir