Modern.az

Qubaya 30, Lerikə 35 santimetr qar yağıb 

Qubaya 30, Lerikə 35 santimetr qar yağıb 

Aktual

31 Yanvar 2017, 09:29

Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür. Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov Modern.az-a açıqlamasında deyib ki, Qubada yağan qarın hündürlüyü şəhərdə 20 santimetr, nisbətən yuxarı ərazilərdə 30 santimetrə çatıb:

 

“Hazırda qar yağır, 8 dərəcə şaxta müşahidə edilir. Yollara qum, duz səpilib. Qaz, işıq, su verilişində heç bir çətinliyimiz yoxdur. Amma dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Xüsuilə Xınalıq yolu təhlükəlidir. İşıq, qaz, su, telefon normal şəkildə işləyir”.

 

Lerik Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov da saytımıza açıqlamasında rayonda güclü qar yağdığını deyib:

“Qarın hündürlüyü təxminən 35 santimetrdən çoxdur. Magistiral yolumuz olan Lənkəran-Lerik, kəndlərə gedən yollar açıqdır. İşıq, qaz, su sisemində heç bir problem yoxdur. Amma qar yağmağa davam edir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən fevralın 2-dək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?