Modern.az

DİN yol qəzasına düşən 8 nəfərin adını açıqladı

DİN yol qəzasına düşən 8 nəfərin adını açıqladı

Təhsil

29 Mart 2011, 13:11

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, martın 28-də saat 19.00 radələrində "Sədərək" ticarət mərkəzinin qarşısında Bakı şəhər sakinləri Musa Quliyevin idarə etdiyi "Mercedes" markalı 174 №-li xətt avtobusu ilə Zaman Həmzayevin idarə etdiyi "Saypa" markalı avtomaşın toqquşub.
Nəticədə M.Quliyevin xəsarət almış sərnişinləri, həmyerliləri Raisa Şəkinskaya, Ziyafət Bayramova, Sənan Seyidov, Nərminə Qistarova, Qumru Məmmədova, Mahizər Əhmədova, habelə xəsarət almış Z.Həmzəyev və sərnişini, Masallı rayon sakini Elmar Ağayev xəstəxanaya yerləşdiriliblər.
Z.Həmzəyevin, E.Ağayevin və S.Seyidovun vəziyyətləri ağırdır, digərilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra baraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?