Modern.az

Bakıdakı çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıdakı çoxmərtəbəli yaşayış binasında YANĞIN

31 Yanvar 2017, 09:59

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə,  Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

 

Yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

 

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür