Modern.az

Azərbaycana yağan qar ciddi təhlükə yarada bilər

Azərbaycana yağan qar ciddi təhlükə yarada bilər

Aktual

31 Yanvar 2017, 11:29

Bir neçə gündür ki, paytaxt da daxil olmaqla, bölgələrə güclü qar yağır. Bəzi ərazilər var ki, sürüşmə təhlükəsi çox güclüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, Sitarə Tarixazər  Modern.az-a açıqlamasında qarın yaratdığı fəsadlardan danışıb.

 

“Qar əriyəndən sonra bəzi yerlərdə sürüşmə prosesi təhlükəli olacaq. Ölkədə Atlantik okeanından mülayim dəniz küləklərinin gətirdiyi soyuq qar kütləsi cərəyan edir.  Bakının Yasamal zonasına  5-10 sm qar yağıb. Paytaxtın mərkəzində elə də güclü qar yoxdur. Əsasən qarın yağması nəticəsində Quba- Xınalıq, Xızı-Altıağac yolunda təhlükəli vəziyyət yaranıb. Cənubda Lənkəran-Lerik zonasında da böyük təhlükə yarana bilər.

 

Daha sonra Şamaxıdakı  Qızmeydan yolunun 5-10-cu km-də də gərginlik yaranıb. Həmçinin, qar yağmamışdan öncə həmin ərazinin asfalt örtüyü çökmüşdü. Ona görə də burada təhlükə davam edəcək. Şamaxı rayonunun Muğanlı, Meysəri, Acıdərə, Mədrəsə kəndlərində bir neçə evlərdə dərin çatlar yaranıb. Evlər pis vəziyyətə düşüb. İndi yağan qardan sonra daha böyük təhlükə yaranacaq”.

Sitarə Tarixazər, sürüşmənin yaratdığı səbəblərdən də danışıb.

 

“Açığı deyim ki,  dik yamaclara, yumşaq süxurlara bol yağıntılar düşür. Yollarda sürüşmə hallarının baş vermə səbəbi yamacların kəsilərək, bərkidilməməsidir. Sözsüz ki, qar, ya da  yağış yağanda yollarda sürüşmə təhlükəli həddə çatır. Nəsə tədbir görülməsə, sürüşmə təhlükəli vəziyyət yaradacaq. Ağaclar əkilərsə, heç olmasa böyük təhlükənin qarşısını almaq olar”

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir