Modern.az

İstanbul Prokurorluğu Qafqaz Universitetini “qara siyahı”ya saldı

İstanbul Prokurorluğu Qafqaz Universitetini “qara siyahı”ya saldı

Aktual

31 Yanvar 2017, 13:25

Türkiyədə, eləcə də ölkədən kənarda Fətullah Gülən hərəkatı ideyalarının təbliği ilə məşğul olan ali təhsil ocaqlarının siyahısı açıqlanıb.

Modern.az Türkiyənin "Hurriyyət" qəzetinə istinadən xəbər verir ki, bu barədə  İstanbul Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, siyahıda İraq, Bosniya və Herseqovina, Rumıniya, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və başqa ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin də adları var.

Həmçinin həmin siyahıya Azərbaycanda bir müddət öncə ləğv olunmuş Qafqaz Universitetinin də adı daxil edilib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?