Modern.az

Jurnalistlərin Forumu keçirilir

Jurnalistlərin  Forumu keçirilir

Təhsil

29 Mart 2011, 13:38

ADP-nin qərargahında Azərbaycan jurnalistlərinin bir qrupunun təşəbbüsü ilə çağırılmış Forum keçirilir.  İclasa müxalifət partiyalarının rəhbərləri, müxalifət mətbuatının aparıcı jurnalistləri və baş redaktorları iştirak edib. Forumun işinə Mətbaut Şurası adından idarə heyətinin üzvü Müşfiq Ələsgərli də qatılıb. Toplantıda ölkədə mətbuatın vəziyyəti ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

Çıxış edənlər “Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyevin döyülmsəi faktını pisləyiblər və günahkarların tezliklə müəyyən edilməsini tələb ediblər. Media mənsubları jurnalistlərə qarşı fiziki zorakılıq faktlarının araşdırılmasını istəyiblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?