Modern.az

Bakıda qadın banka hücum etdi: şüşələri sındırdı

Bakıda qadın banka hücum etdi: şüşələri sındırdı

Aktual

31 Yanvar 2017, 13:34

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

Lent.az xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən “Bank of Baku” ASC-yə məxsus filialdan polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir