Modern.az

“Azər Qasımlı barədə həbs qətimkan tədbiri seçilə bilər”

“Azər Qasımlı barədə həbs qətimkan tədbiri seçilə bilər”

Aktual

31 Yanvar 2017, 13:39

“Bu gün saat 13.00 da Azər Qasımlı ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə birlikdə getsək də, məni onunla birlikdə içəri keçməyə qoymadılar”. Bu sözləri Modern.az-a onun vəkili Elçin Sadıqov bildirib.

 

O deyib ki, bu, Azər Qasımlının müdafiə hüququnu kobud şəkildə pozulmasıdır:

“Məni buraxmadıqlarına görə güman edirəm ki, onu təqsirləndirilən şəxs qismində cəlb edib, həbs qətimkan tədbiri seçəcəklər”.

Yanvarın 27-də virtualaz.org saytında redaktor Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilirdi.

Yazıda iddia olunurdu ki, görüşdə Hərəkat üzvləri İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etmək öhdəliyi götürüblər, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alınıb.

“REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib”, - məqalədə bildirilirdi.

REAL məqalədə yer alan fikirləri təkzib edib.

Bundan sonra Azər Qasımlı yanvarın 28-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.

 

 

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı