Modern.az

Erkin Qədirli də Baş Prokurorluqda dindirildi

Erkin Qədirli də Baş Prokurorluqda dindirildi

Aktual

31 Yanvar 2017, 14:40

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli yanvarın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu haqda “Azadlıq” E.Qədrili özü bildirib.

O deyib ki, dindirilmə iki saatdan çox çəkib: «Bütün suallar İranın Azərbaycandakı səfirliyinin əməkdaşının yanvarın 19-da REAL-ın ofisinə gəlməsi ilə bağlı idi. Yəni, hərəkatın təmsilçilərindən Azər Qasımlıya, Natiq Cəfərliyə verilmiş suallar mənə də verildi».

E.Qədirli ümumilikdə dindirilmələrə münasibət də bildirib: «Sadəcə olaraq, bizə təzyiq edirlər. Öz aləmlərində bizə göstərmək istəyirlər ki, hansısa həddi keçmişik».

REAL rəhbərliyindən Azər Qasımlı isə bu gün, yanvarın 31-i saat 13 radələrində prokurorluğa gedib. O, yenidən ifadəyə çağırılıb. A.Qasımlı bundan əvvəl yanvarın 29-u prokurorluqda 5 saat dindirilmişdi. Bu dəfə isə vəkil Elçin Sadıqov onun dindirilməsinə buraxılmayıb.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir