Modern.az

Bakıda zəhərlənib ölən kamerunlunun meyitlərinə sahib çıxan yoxdur

Bakıda zəhərlənib ölən kamerunlunun meyitlərinə sahib çıxan yoxdur

Aktual

31 Yanvar 2017, 16:22

Bakıda dəm qazından zəhərlənərək ölən kamerunlunun meyitlərinə sahib çıxan yoxdur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, hadisə yanvar ayının 16-dan 17-nə keçən gecə, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında qeydə alınıb.

Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu, digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata, Nzemele Ezzambe və Nans Ekumdur.

Texniki Universitetin Xarici tələbələr üzrə dekanatlığının rəsmisi Modern.az-a bildirib ki, dəm qazından dünyasını dəyişən tələbə 1997-ci il təvəllüdlü Nans Ekumdur. Hadisə barədə onun ailə üzvlərinə məlumat verilib. Valideynləri hadisədən bir neçə gün sonra onun meyitini Kameruna aparıblar.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Modern.az-a açıqlamasında meyitlərin harda saxlanıldığından xəbərsiz olduğunu deyib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz TibbiYardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev də bu haqda heç nə bilmədiyini bildirib.

Musavat.com-un əldə etdiyi məlumata görə, dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin burada qalma səbəbi Kamerundan olan 4 nəfərin ailəsinin maddi imkansızlıqdan Bakıya gələ bilməməsidir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib. 

 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır