Modern.az

Deputat seçiciləri qəbul edib

Deputat seçiciləri qəbul edib

Aktual

31 Yanvar 2017, 16:46

Bu gün 38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev müraciətlərlə əlaqədar olaraq seçiciləri qəbul edib.

 

Müraciətlər əsasən məşğulluq, ailə-məişət məsələləri, sosialyönümlü, məhkəmə mübahisələri, sosial və  tibbi  yardımla bağlı olub.Qəbulda  gənclərin  məşğulluğunun təmin edilməsi önə çəkilib. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, bəzilərinin həlli məsələsi ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndirilib.

 

Qəbula böyük inam və ümidlə gələn kompyüter mühəndisi  Məcid Məlikov,  Gəncə Dövlət Universitetini informatika-riyaziyyat ixtisası üzrə bitirən Rəfiqə Hacızadə öz ixtisaslarına uyğun işlə təmin olunublar.

 

II qrup gözdən əlil Elnarə Nuriyeva isə  tibbi yardım və işlə bağlı müraciət edib. Elnarə Nuriyevanın probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub, ona  müvafiq iş təklif edilib.

 

Elbrus Abbasova işlədiyi müəssisədə ştat ixtisarına düşdüyü üçün başqa müəssisədə ixtisasına uyğun iş təklif edilib.

 

Ümumilikdə, Milli Məclisin deputatı Naqif Həmzəyevin qəbulunda 36 nəfər iştirak edib.
        

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır