Modern.az

“Şərq-Qərb qarşıdurmasından islam ölkələri ziyan çəkir”

“Şərq-Qərb qarşıdurmasından islam ölkələri ziyan çəkir”

Aktual

31 Yanvar 2017, 16:57

“Bu il cənab prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu qərarı şərtləndirən bir sıra vacib məqamlar var”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin kitabxanasında Müasir çağırışlar və İslam həmrəyliyi adlı konfransda çıxışı zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Deputat hazırda bütün qitələrdə bəşəriyyəti narahat edən problemlər olduğunu, dünyanın sivilizasiyalararası və dinlərarası ziddiyyətlərdən daha çox ziyan çəkdiyini qeyd edib.

“Bu gün daha çox təhdidlərlə üzləşən islam ölkələridir. Bir çox hallarda islam dünyasının öz daxilindən qaynaqlanan ziddiyyətlər təhdidləri artırır.

 

Sirr deyil ki, Qərb-Şərq qarşıdurmasından daha çox islam ölkələri, biz ziyan çəkirik. Ölkələr ərazi bütövlüklərini, dövlətlər öz suverenliklərini necə qorumalıdır? Bu gün dünyada bu barədə müzakirələr gedir.

 

Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş ölkə kimi islam həmrəyliyinə öz töhfəsini verməyə çalışır. Azərbaycan prezidenti müasir dünyanın üzləşdiyi təhdidləri nəzərə alaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı sərəncam verib”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir