Modern.az

Vitse-spiker Trampın müsəlmanlarla bağlı siyasətini tənqid etdi

Vitse-spiker Trampın müsəlmanlarla bağlı siyasətini tənqid etdi

Aktual

31 Yanvar 2017, 17:00

“Miqrasiya adlanan çox ciddi bir problem dünyanı ağuşuna alıb. Bu insanlar nə öz ölkələrində nə də öz tutduqları digər ölkələrdə rahatlıq tapa bilirlər”.

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin kitabxanasında Müasir çağırışlar və İslam həmrəyliyi adlı konfransda çıxışı zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova son prezident seçkilərindən sonra ABŞ kimi fövqəldövlətin dünyanın bu sahədə üzləşdiyi problemlərin həllindən çox, ziddiyyətləri kəskinləşdirmək yönündə addımlar atdığını bildirib.

“İslam dünyasında həmrəylik bütövlükdə dünyanın marağında olmalıdır. İslam dünyasında həmrəylik varsa, təhdidlər dəf edilər. Bir məqamı da qeyd edim. Azərbaycanda islam dini demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir. Ancaq bu gün dünyada islamın geriliyin səbəbi olması yönündə haqsız bir baxış var. Ən ağrılısı isə odur ki, bir sıra terror təşkilatları islamdan vasitə kimi istifadə etməyə çalışır”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir