Modern.az

Bakıda bir ayda 15 min piyada cərimələnib

Bakıda bir ayda 15 min piyada cərimələnib

Aktual

31 Yanvar 2017, 17:51

Yanvar ayı ərzində Bakıda 15 min nəfər piyada keçidlərindən istifadə etmədiyi üçün məsuliyyətə cəlb edilib.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum piyadaların piyada keçidlərindən istifadə etməsi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir:

"Bakıda hazırda 70-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Paytaxtda avtomobil yollarında baş verən qəzaları təhlil edərkən məlum olub ki, onların 60 faizini piyada vurma hadisələri təşkil edir. Bunlar isə piyada keçidlərinin yaxınlığında baş verir. 2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada keçidlərdən istifadə etmədiyi üçün cərimələnib".

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir