Modern.az

Azərbaycanda hostellər və 2 ulduzlu otellər yaradılacaq - FƏRMAN

Azərbaycanda hostellər və 2 ulduzlu otellər yaradılacaq - FƏRMAN

Aktual

31 Yanvar 2017, 18:58

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilir:

“5-1. "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğun olaraq “Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi” iqtisadi fəaliyyət sahəsi üzrə ərizələrə bu Qaydanın 5-ci bəndində nəzərdə tutulan sənədlərlə yanaşı, investisiya layihəsinin turizmin inkişafı üzrə strateji planlara, turizm və rekreasiya zonalarının Baş inkişaf planlarına, turizm xidmətlərinin təsnifatına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyi əlavə olunur.”.

Dövlət başçısı "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə də fərman imzalayıb.

Dəyişikliklərə əsasən, “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri” cədvəlinin “Alternativ enerji istehsalı” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilir:

 

Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi:

1. mehmanxana və ona bərabər tutulan yerləşdirmə vasitələri;

2. iaşə xidməti obyektləri;

3. əyləncə xidməti obyektləri

-

-

-

-

-

-

-

-

-

1

0.1

0.5

1

0.1

0.5

 

“Hostel” tipli yerləşdirmə vasitələrinin yaradılması

Qeyd: 4-cü və 5-ci regionlar üzrə turizm və rekreasiya zonalarına daxil olmayan ərazilər

-

-

0.1

0.1

0.1

 

2 və 3 ulduzlu yerləşdirmə vasitələrinin yaradılması

Qeyd: 4-cü və 5-ci regionlar üzrə turizm və rekreasiya zonalarına daxil olmayan ərazilər

-

-

2

2

2

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmanlara uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmanlara uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmanlara uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunların icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanlardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmanlara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir