Modern.az

Nazir BMT rəsmisinə Cocuqmərcanlıdan danışdı

Nazir BMT rəsmisinə Cocuqmərcanlıdan danışdı

Aktual

31 Yanvar 2017, 20:14

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional Direktoru Vinsent Koçeteli qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Nazir Elmar Məmmədyarov həmsöhbətə işğaldan azad edilmiş Cocuqmərcanlı kəndində Azərbaycan prezidentinin Sərəncamı ilə aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Vinsent Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

 

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir