Modern.az

Beynəlxalq Mətbuat İnstitutu döyülən jurnalistlə bağlı Azərbaycan hökuməti qarşısında tələb qoydu

Beynəlxalq Mətbuat İnstitutu döyülən jurnalistlə bağlı Azərbaycan hökuməti qarşısında tələb qoydu

29 Mart 2011, 14:26

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin naməlum şəxslər tərəfindən oğurlanaraq döyülməsi ilə bağlı rəsmi açıqlama (www.freemedia.at) yayıb. Təşkilatın Azərbaycan Milli Komitəsinin nümayəndəsi Nik Nvolisanın verdiyi məlumata görə, açıqlamada jurnalistə qarşı zorakılıq pislənilib.
BMİ-nin direktoru Alizon Makenzi baş verən hadisədən ciddi narahat olduqlarını bildirərək deyib: “Biz dövlət orqanlarından təcili və şəffaf təhqiqat aparmağı və səbəbkarları məsuliyyətə cəlb etməyi tələb edirik. Azərbaycan dünyanı mətbuat azadlığına dəstək verdiyinə inandırmağa çalışdığı
bir vaxtda belə bir hadisənin cəzasız qalması bu işə ciddi xələl gətirə bilər. Bundan əlavə, hökumət müəyyən tədbir və bəyanatlar vasitəsi ilə ciddi şəkildə ifadə etməlidir ki, ölkə rəhbərliyi ölkədə jurnalistlərə qarşı hücumlara göz yummayacaqdır”.
Yayılan rəsmi açıqlamada Alizon Makenzi ilə yanaşı BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun da fikirləri yer alıb. U.Rəhimoğlu hadisənin peşə fəaliyyəti və yaxud digər vaxtı verməsindən asılı olmayaraq bütün hallarda jurnalistin döyülməsini pisləyib. O, ölkəmizdə söz
azadlığının müdafiəsi olunmasının, onun daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir