Modern.az

Qəddafi ilə döyüşən müxalifət komandiri: “Bəli, "Əl-Qaidə”nin üzvüyəm”

Qəddafi ilə döyüşən müxalifət komandiri: “Bəli, "Əl-Qaidə”nin üzvüyəm”

Təhsil

29 Mart 2011, 14:38

Əl-Hasidi deyib ki, onun rəhbərlik etdiyi adamların əksəriyyəti hazırda müxalifətin tərəfində Qəddafiyə qarşı döyüşür

Müəmmər Qəddafiyə qarşı müxalifət tərəfdən döyüşən Liviya qiyamçı dəstələrinin birinin komandiri “Əl-Qaida” təşkilatının üzvü olduğunu etiraf edib.

Abdul Hakim əl-Hasidi İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib ki, İraqa qarşı ABŞ müdaxiləsindən dərhal sonra o Liviyada 25 gənci inandıraraq “Əl-Qaidə” tərəfdən vuruşmağa aparıb. Əl-Hasidi özü 2002-ci ildə amerikalılar tərəfdən Əfqanıstanda əsir alınıb.

Sonradan o, Liviyaya “tərbiyələndirmək” üçün təhvil verilib. 2008-ci ildə əl-Hasidi azadlığa buraxılıb. O qəzetə deyib ki, rəhbərlik etdiyi adamların əksəriyyəti hazırda müxalifətin tərəfində Qəddafiyə qarşı döyüşür. “Onların hamısı yaxşı müsəlmanlardı. Əsl vətənpərvərlərdir”-deyə əl-Hasidi vurğulayıb. Bütün “Əl-Qaida” üzvlərini “xeyirxah müsəlmanlar” adlandıran əl-Hasidi deyib ki, “onlar xarici müdaxiləyə qarşı vuruşurlar”.
Özünün terrorçuluq fəaliyyətinə əl-Hasidi Liviya İslam Hərbi Qrupunda başlayıb. Bu qrup 1996-97-ci illərdə Qəddafi əsgərlərinə hucumlar təşkil edib. 2007-ci ildə isə hərbi qrup “Əl-Qaida”ya birləşib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?