Modern.az

Dünyanın ən zəngin 40 şəhərinin adı açıqlanıb

Dünyanın ən zəngin 40 şəhərinin adı açıqlanıb

Təhsil

29 Mart 2011, 18:39

Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın məşhur “Knight Frank” şirkəti ilə Amerikanın “Citibank”ı 2010-cu ilin ən zəngin 40 şəhərinin reytinqini müəyyən edib. Siyahıda ilk üçlükdə Nyu-York, London və Paris qərarlaşıb.

Reytinqdə Yaponiyanın paytaxtı Tokio 4-cüdür. 5-ci pillədə isə Amerikanın Los-Anceles şəhəri yer alıb. Dünya üzrə aparılan sorğuda Brüksel, Sinqapur, Berlin, Pekin, Toronto və Çikaqo siyahıda ilk 10-luqda göstərilib.

Türkiyənin İstanbul şəhəri 25-cidir. Dünyaca məşhur Dubay şəhəri reytinqdə 31-ci yerə layiq görülüb

Bununla yanaşı, Vaşinqton, Seul, Honqkonq, Frankfurt, Sidney, San-Fransisko, Bankok, Şanxay və Sürix kimi dünyaca məşhur şəhərlər isə ilk 20-likdə qərarlaşıb.

Siyahıda qeyd edilən digər şəhərlər bunlardır: Meksika, Moskva, Taypey, San-Paolo, İstanbul, Münhen, Buanes-Ayres, Qahirə, Mayami, Milan, Dubay, Boston, Təl-Əviv, Kuala-Lumpur, Boqota, Dehli, Rio-de-Janeyro, Cakarta, Mumbai və Johannesburq.

Qeyd edək ki, retyinqdə şəhərlərin iqtisadi durumu ilə yanaşı, digər göstəricilər də əsas götürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?