Modern.az

Bazarlarda xarici məhsul satanlar cərimələnəcək

Bazarlarda xarici məhsul satanlar cərimələnəcək

4 Fevral 2017, 00:24

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə cərimə tətbiq olunacaq. Modern.az saytı xəbər verir ki, bu barədə Milli Məclisin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270 VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərarında bildirilir.

 

Qərara görə, satış qaydalarını pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı