Modern.az

İndiki gənclərin hansı xüsusiyyətləri yaşlıların xoşuna gəlmir...

İndiki gənclərin hansı xüsusiyyətləri yaşlıların xoşuna gəlmir...

4 Fevral 2017, 11:03

Gənclərin qüsurlarını aşkarlamaq və aradan qaldırmaq bütün dövrlərdə yaşlıların diqqətində olub. Bütün zamanlarda yaşlı nəslin böyük əksəriyyəti gənclikdən şikayətçi olub. Ya geyim tərzi tənqid olunub, ya da davarınış və ya intellektual səviyyə...


Bəs indiki zamanda gənclərin hansı xüsusiyyətləri yaşlı nəslin xoşuna gəlmir? Modern.az saytı bunu elə gənclərin özündən.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Cavid Mirzəzadə yaşlı nəslin nümayəndələri tərəfindən bəzən tənqid hədəfi olduğunu etiraf etdi: 

- “Baku-2015” Avropa oyunlarında, “Formula-1”də könüllü olduğum müddətdə həm evdəkilər, həm də ətrafda yaşlı insanlar məni qınayırdı. Mənə ancaq bunu deyirdilər: “Bu axı nəyə lazımdı? Ondansa kurslara get, dil öyrən”,  “evdə bir işə yara”, “vaxtını boş yerə keçirmə”...
Düzdür, yaşlı nəsilin bəzi qınaqlarını qəbul edirəm, amma bu məsələyə gələndə razılaşmıram. Çünkü biz burada həm əylənirik, həm də dünyagörüşümüz artır. Ümumən könüllülüklə bağlı hər hansı tənqidi qəbul etmirəm. Əksinə bunun bizim üçün daha çox əhəmiyyəti var. Yəni mən belə düşünürəm.


Sorğular Cavid kimi bir çox gəncin belə qınaqlarla qarşılaşdığını göstərdi. Yəni yaşlı nəslin nümayəndələrinin könüllüklə bağlı hər hansı bir tənqidi fikri gənclər tərəfindən birmənalı qarşılanmır.


Bakı Dövlət Universitetinin tələbəsi Sevinc Babazadə: “Yaşlı nəsilin daha çox qızların geyiminə qarışmalarını, birdə “bu qızın ətrafı belədisə, özü gör necədi?” tipli sözlərini eşidirk. Amma bunları qəbul edə bilmirəm. Hə, bir də çalışırlar hər şeyə irad bildirsinlər. Həm yaxşı şeylərə, həm də pis. Məsələn, adi telefondan özdəri də istifadə edirlər, amma yolda cavan oğlan ya da qız telefonla oynayanda bəyənmirlər. Artıq müasir dövrdə məncə bununla barışmalıdırlar”.


İqtisad Universitetinin keçmiş məzunu İbrahim Əliyev: “Mən universiteti bitirmişəm, əsgərlikdə də olmuşam. İki ildir iş axtarıram. İşsiz qalmağımıza görə yaşlı nəslin tənqidlərinə tuş gəlirik. Amma düşünürəm ki, mənim kimi yüzlərlə gənc var. Yaşlı nəslin nümayəndələrinin təqaüd yaşı çatsa da, iş yerlərini tərk etmirlər. Bu da cavanların işsiz qalmasına səbəb olur”.


Sorğu zamanı gənclərin bir çoxu deyib ki, yaşlı nəslin nümayəndələrindən belə qınaqlar daha çox eşidirlər: siz cavanlar geyim və bəzək aksesuarlarından istifadədə pis nümunə göstərirsiniz;  ictimai nəqliyyatda yaşlılara yer vermirsiniz; avtomobil idarə edərkən piyada keçidlərində insanlara yol vermirsiniz; ictimai yerlərdə özünüzü düzgün aparmır, böyük-kiçik dinləmirsiniz...

 

Aida İsaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi