Modern.az

Pentaqonun yeni rəhbərindən İrana İTTİHAM: Terrorçuluğun əsas sponsorudur

Pentaqonun yeni rəhbərindən İrana İTTİHAM: Terrorçuluğun əsas sponsorudur

4 Fevral 2017, 11:28

ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettis Tehranı terrorçuluğun başlıca sponsorlarından biri adlandırıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, bunu Yaponiyanın müdafiə naziri Tomomi İnado ilə görüşdən sonrakı mətbuat konfransında söyləyib.

“İran probleminə gəldikdə, bu dövlət dünya terrorunun başlıca sponsorlarından biridir”, - Pentaqon rəhbəri bəyan edib.

Bununla belə, Ceyms Mettis qeyd edib ki, İranın səhv davranışlarına görə ABŞ Silahlı Qüvvələrnin Yaxın Şərqə göndərilməsi məsələsinə baxılmır.

Ancaq o, əlavə edib ki, dünya Tehranın hərəkətlərini cavabsız qoymayacaq.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir