Modern.az

Əhliman Əmiraslanov seçicilərlə görüşdü

Əhliman Əmiraslanov seçicilərlə görüşdü

4 Fevral 2017, 13:56

Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov Saatlı rayonunda  seçicilərlə növbəti görüş keçirib. Görüş zamanı akademik Əhliman Əmiraslanov  Prezident  İlham Əliyevin rəhbərliyi ilə son illər bölgələrdə, o cümlədən Saatlı rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi məqsədilə icra edilən layihələr barədə məlumat verib. 

Görüşdə iştirak edən sakinlər  Əhliman Əmiraslanovun həmişə seçicilərin dərdinə şərik olduğunu, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirərək onları narahat edən məsələlərin həllində  yaxından köməklik göstərdiyini bildiriblər.

Seçicilər dəfələrlə xəstəliyi olan insanların müayinə və müalicəsinə, çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının təşkil edilməsi və yaxud bilavasitə icra olunmasına görə Ə.Əmiraslanova  minnətdar olduqlarını qeyd ediblər.  Sonra  isə sakinlər onları narahat edən problemləri səsləndiriblər. Qeyd edilən problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.

Görüşdə iştirak edən, rayonun Musabəyli, Nərimankənd,  Yeni Novruzlu, Bəyli və digər kəndlərdən olan seçicilər əsasən səhhətlərində üzləşdikləri problemlərin həllində Əhliman Əmiraslanovdan yardım istəyiblər. Görüşdə həmçinin, orta məktəblərin sosial problemləri, qazla təchizat və s. ilə bağlı məsələlər qaldırılıb.  Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərin həlli istiqamətində daim çalışdığını və müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb. 

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev də iştirak edib. 


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı