Modern.az

Bakıda daha bir beynəlxalq yarış keçiriləcək

Bakıda daha bir beynəlxalq yarış keçiriləcək

4 Fevral 2017, 16:17

Azərbaycan daha bir iri beynəlxalq idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatı Bakıda təşkil olunacaq.

Bu qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin Lozannada keçirilən toplantısında qəbul edilib.

Xəbəri Azərbaycan Gimnastika Federasiyası yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan 2020-ci ildə idman gimnastikası üzrə Avropa Çempionatının Bakıda keçirilməsi üçün namzidəliyini irəli sürüb. İcraiyyə Komitəsi bu təşəbbüsün dəstəklənməsinə qərar verirb.

Qərara əsasən, çempionat 2020-ci ilin 6-10 may tarixlərində Bakıda keçiriləcək.

Qadın İdman Gimnastikası üzrə 33-cü Avropa Çempionatının təşkili isə Parisə (Fransa) həvalə olunub.

Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya (Tokyo 2020) qədər gimnastikanın 3 növü - idman, batut və bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərini, bədii gimnastika üzrə Dünya Çempionatını təşkil etməyi də üzərinə götürüb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir