Modern.az

“Məhkəmə prosesi 3 ilə yaxındır ki, davam edir, lakin...” - Kinematoqrafçılar İttifaqı

“Məhkəmə prosesi 3 ilə yaxındır ki, davam edir, lakin...” - Kinematoqrafçılar İttifaqı

4 Fevral 2017, 16:22

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas məqsədi öz yolundan dönməmək və kinoya xəyanət etməməkdir.  İkinci məsələ, balansımızda olan əmlakı qorumaqdır. Şəkidəki Yaradıcılıq Evimiz yay mövsümündə fəaliyyət göstərir və üzvlərimizə xidmət edir. Mingəçevirdəki Yaradıcılıq Evimizi isə AZENKO ASC heç bir sənəd, əsas olmadan söküb və yerində iqamətgah bünövrəsi tikib. Üç ilə yaxındır ki, məhkəmə gedir, məhkəmənin ədalətli qərara verəcəyinə və zəbt olunmuş  torpağın AZENCO-nun azad edəcəyinə israrlıyıq”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçıların İttifaqının mətbuat xidmətindən bildiriblər. Qurumun mətbuat xidməti gələcəklə bağlı planlardan danışarkən əsasən, iki məsələyə toxunulub: hazırda məhkəmə prosesi davam edən əmlak və Kino Günü ilə bağlı mükafatlandırma. Açıqlamaya əsasən, mükafatlandırma bundan sonra da davam edəcək:

“Kino Günü isə ənənəvi mükafatlarımızı təqdim edəcəyik. Bu sadə mükafat deyil. Biz öz seçimimizdə hansı yaradıcı prosesləri dəstəklədiyimizi, hansını isə inkar etdiyimizi bəyan edirik. Son illərin təqdim edilmiş mükafatlarda  namizədlərin  düzgün və ədalətli seçimi kino ictimaiyyətinin rəğbətini qazanıb”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri hazırda ölkə hüdudlarından kənarda yaşayan Rüstəm İbrahimbəyovdur.



E.Nazimoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir