2011-ci il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 17 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Modern.az saytı xəbər verir ki, bu barədə Baş Prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında məlumat verib. R.Usubov bildirib ki, hazırda idarədə 73-75 cinayət işi ilə bağlı istintaq aparılır.
R.Usubov onu da vurğulayıb ki, idarənin 161 saylı “qaynar xətt”inə mütəmadi zənglər daxil olur.
“İstənilər şəxs bu telefona zəng edib şikayət edə bilir. İndiyə kimi “qaynar xətt”ə 968 müraciət daxil olub. Onların hamısı araşdırılır. İdarə çox ciddi fəaliyyət göstərir. Aparılan istintaqlar barədə ictimaiyyət mütəmadi olaraq məlumatlar veriləcək”.
Modern.az