Modern.az

Hikmetyarın adı qara siyahıdan çıxarıldı

Hikmetyarın adı qara siyahıdan çıxarıldı

Aktual

4 Fevral 2017, 20:02

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Əfqanıstanda 14 il Kabil rəhbərliyinə qarşı döyüşən Hizb İslam Partiyası lideri Gülbeddin Hikmetyara tətbiq olunan sanksiyaların sona çatdığını açıqlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Təhlükəsizlik Şurasından verilən məlumata görə, Hikmetyarın qara siyahıdan çıxmasını Əfqanıstan hökuməti istəyib.

Əfqanıstan hökuməti, təxminən iki ay əvvəl bununla bağlı BMT TŞ-ya bir məktub göndərib.

BMT TŞ 14 ildir Hikmetyarın adını qara siyahıya salmışdı.

Əfqanıstan prezidenti Əşrəf Qəni ilə Hizb İslam Partiyasının lideri Hikmetyar arasında 2016-cı ilin oktyabr ayında sülh müqaviləsi imzalanıb.

Müqavilə maddələri arasında Gülbeddin Hikmetyar və partiya üzvlərinin adlarının beynəlxalq qara siyahıdan çıxarılması da yer alırdı.

14 ildir ki, Kabil rəhbərliyinə qarşı döyüşən Hizb İslami Partiyası çox sayda hücum təşkil edib. Müqaviləyə görə, məhbus təşkilat üzvləri sərbəst buraxılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür