Modern.az

Bıçaqlanan 9-cu sinif şagirdinin müəlliməsi danışdı - VİDEO

Bıçaqlanan 9-cu sinif şagirdinin müəlliməsi danışdı - VİDEO

4 Fevral 2017, 20:57

Bakıda məktəblilərin mübahisəsi qanla nəticələnib. Modern.az saytı xəbər verir ki, məktəblilərin müəlliməsi ARB TV-yə danışıb.

Məlumata görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə baş verib.

Belə ki, səhər saat 8 radələrində, dərs başlamazdan  əvvəl 9-cu sinif şagirdi sinif yoldaşı Elturan Əmənova bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardım avtomobili ilə Şəhər Kliniki Xəstəxanasına aparılıb. Faktın baş verdiyi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Yusifova şagirdlər arasında mübahisənin baş verdiyini təsdiqləyib.

Zərifə Yusifova - Direktor müavini: "Uşaqlar gəldi ki, müəllim uşaqlar dalaşıblar, 1 oğlan qanın içindədir. İdman müəllimimiz dedi ki, tez bura gətirin".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də faktı təsdiqləyiblər.  Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

Hadisəni törədən yeniyetmə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir