Modern.az

Paytaxtda çoxmərtəbəli bina yandı

Paytaxtda çoxmərtəbəli bina yandı

Aktual

4 Fevral 2017, 23:29

Paytaxtda çoxmərtəbəli binada yanğın olub. Modern.az saytı xəbər verir ki, hadisə Babək prospekti, 1130-1133 cü məhəllə, 8-ci binanın 15-ci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürmə maşını cəlb olunub. Yuxarı mərtəbələrdəki mənzillərin sakinləri təxliyə olunub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu bina qaz və istilik təchizatı ilə təmin olunmayıb. Buna görə də yanğının həddindən artıq yüklənən elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi